​Ruhaniylə Putinin görüşündə tərcümə problemi

Baxış sayı:
4360

Soçidə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçirilib.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya və İran prezidentlərinin görüşü tərcümə sisteminin nasazlığına görə baş tutmayıb.
Putin söhbətə İranda terror aktlarıyla əlaqədar başsağlığı verməklə başlayıb, amma Ruhani tərcümə sistemində yaranmış problemə görə üz ifadəsi və əl hərəkətləri ilə onu başa düşmədiyini bildirib.
Təxminən iki dəqiqə davam edən fasilədən sonra texniki problem aradan qalxıb və tərəflər görüşü davam etdirib.