Ruhaninin qardaşı hakim qarşısına çıxdı

Baxış sayı:
17737

İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feridun korrupsiya ittihamından dolayı hakim qarşısına çıxıb.
Muxalifet.az İRNA-ya istinadən xəbər verir ki, müəyyən dönəmdə Ruhaninin müşavirliyini icra edən Feridun 4 şəxslə birlikdə məhkəmədə ifadə verib.
Qeyd edək ki, prezidentin qardaşı 2017-ci ildə sözügedən ittihamla həbs edilmiş, daha sonra müəyyən girov müqabilində azadlığa buraxılmışdı.