Ruhaninin köməkçisindən “Azərbaycanlılar türkcə danışan farsdırlar” TƏXRİBATI

Baxış sayı:
2611

İran Məclisindəki bəzi Türk mənşəli deputatları, İran prezidentinin köməkçisi Əli Yunisun "Azərbaycanlılar Türkdilli Farsdırlar" açıqlamasına təpki göstəriblər.
 
İran Məclisinin Urmiyalı deputatI Nadir Gazipur və Hadi Bahadırın, İran prezidenti Həsən Ruhaniyə xitabən, köməkçisi Əli Yunisin "Azərbaycanlılar Türkdilli Farsdırlar" açıqlamasına olan təpki məktubuna 50 Türk mənşəli deputat imza atıb.
 
50 TÜRK VƏKİL İMZA ATDI
 
İrandakı azlıqlarla bağlı Əli Yunisin açıqlamalarının ölkə təhlükəsizliyinə zərər verdiyi bildirilən məktubda İranda müxtəlif irqlərin yaşadığı, Qurana görə, irqi ayrı-seçkiliyin qəbuledilməz olduğu bildirilib.
Bir xalqın dilinə xəyanətin o qövmə xəyanət anlamına gəldiyi ifadə edilən məktubda, hər bir qövmün ən dəyərli amilinin dili olduğu vurğulanıb.
 
ÖLKƏDƏKİ TÜRKLƏRİ TƏHQİR EDİB
 
Əli Yunisin çıxışlarında ölkədəki Türklərin təhqir edildiyi dilə gətirilən məktubda, "Azəri, Türkmən, Qaşqay, Xəzərə və Horosan kimi Türk dilinin ləhcələrini danışan ölkənin təxminən 40 faizini təşkil edən böyük Türk qövmü təhqir edilmişdir" deyə, bildirilib.
Əli Yunisin, "Azərbaycanlılar 300 ildən bu yana Türkcə danışırlar" açıqlamasına sərt reaksiya göstərilən məktubda, Azərbaycanlıların insanlıq tarixi qədər qədim Türk dilində danışdıqları bildirilərkən aparılan talesiz açıqlamaların Rza Şah dövrü irqçi ritorikanı xatırlatdığı dilə gətirilib.
“Qanun” qəzetinə verdiyi müsahibəsində Türklərlə Azərilərin fərqli, Azərbaycanlıların isə Fars olduğunu irəli sürən Əli Yunisi, Azərbaycanlıların dillərinin daha əvvəl Fars olduğunu iddia etmiş, həmin xalqın 300-400 ildən bu yana Türkcə danışdıqlarını irəli sürüb
Müxalifət.az