Ruhanidən SENSASİON NÜVƏ XƏBƏRDARLIĞI - Dünyanı silkələyəcək addım

Baxış sayı:
11968

ABŞ prezidenti Donald Trampın 2015-ci ildə İran ilə 5+1 ölkələri arasında imzalanan nüvə razılaşmasından ayrılmasından sonra yaranan gərginlik artmaqdadır.

ABŞ-ın İrana son dəfə sanksiya tətbiq etməsindən sonra rəsmi Tehrandan ard-arda açıqlamalar gəlir.

Belə ki, İran prezidenti Həsən Ruhani nüvə razılaşmasının əhəmiyyətini itirməsindən sonra dördüncü və yeni addım atdıqlarını açıqlayıb. Prezident ölkəsinin artıq “Fordow”dakı sentrifuqaları istifadə etməyə başlayacaqlarını deyib.

Rəsmi Tehran ABŞ-ın razılaşmadan geri çəkilməsindən sonra öhdəliklərindən bir-bir imtina etmiş və yenidən nüvə istehsalına başlamışdı.

Ötən gün İran Atom Enerjisi Qurumunun rəhbəri Əli Əkbər Salehi 30 ədəd təkmilləşdirilmiş IR-6 sentifruqa istehsalına başlayacaqlarını açıqlamışdı. O, uranın istehsal miqdarını 450 qramdan 5 kiloqrama qədər artırılacağını demişdi.

Sentrifuqa nədir?

Son illərdə genişlənən biotexnologiya işləri əksər zaman laboratoriya mühitində gerçəkləşir. Bu işlər üçün xüsusi cihazdan istifadə edilir. Adı isə sentrifuqadır. Cihaz 1864-cü ildə Antonin Prandtl adlı elm adamı tərəfindən icad edilib. Həmin vaxt sentrifuqadan südün qaymağından ayrılması üçün istifadə edilib. Hazırda isə cihazdan müxtəlif məqsədlərlə istifadə edilir.

Sentrifuqanın iş prinsipi çəkiləri arasında fərq olan maddələrin sınaq balonlarına tökülərək fırladılması üzərinə qurulub. Son dərəcədə yüksək sürətlə fırladılan cihaz qravitasiya qüvvəsinə bağlı olaraq iki maddəni bir-birindən ayırır.//publika