Ruhanidən Ərdoğana ABŞ təklifi: QARŞISINI ALAQ!

Baxış sayı:
3688

İran prezidenti Həsən Ruhani, prezident Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi telefon danışığında ABŞ-ın bölgə siyasətini tənqid edərək, "Regionda bəziləri bölmə və kukla dövlətlər yaratmaq səyi içindədir. Çoxşaxəli əməkdaşlığımızı artıraraq bunun qarşısını almalıyıq" deyib.
 
İran prezidentinin rəsmi internet saytından verilən məlumata görə, Ruhani, Suriya probleminin həllinə yönələn Astana və Soçi danışıqlarının ümidverici olduğunu söyləyərək bunun davam etməsini istəyib.
Regionda terrorizmlə mübarizə, Suriyanı terror elementlərindən təmizləmə və separatçı hərəkatlar məsələsində İran və Türkiyənin eyni düşüncə daşıdığını dilə gətirən Ruhani, "Bütün Suriyalı qaçqınların ölkələrinə qayıtması üçün bir an əvvəl bu ölkədə əmin-amanlıq və sabitlik təmin olunmalıdır" deyə, söyləyib.
Müxalifət.az