Ruhanidən ABŞ-a neft mesajı

Baxış sayı:
5467

İran prezidenti Həsən Ruhani, “Amerika bunu bilməlidir ki, İran neft ixrac edə bilməzsə, Körfəzdəki heç bir ölkə neft ixrac edə bilməz” deyib.
 
“Reuters” agentliyinin xəbərinə görə, Ruhani neft ixracı ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib və İranın neft ixrac edə bilmədiyi təqdirdə Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran və Omanı əhatə edən körfəz ölkələrinin də neft ixrac edə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, ABŞ rəsmiləri, İranın raket proqramını və regional nüfuzunu əngəlləmək məqsədilə İranın neft ixracını sıfıra endirməyi planlaşdırdıqlarını bildirib.
Müxalifət.az