Ruhanidən ABŞ-a “Müzakirəyə hazırıq” mesajı

Baxış sayı:
9724

İran prezidenti Həsən Ruhani paytaxt Tehrandakı Nazirlər Kabinetinin toplantısında ABŞ-la müzakirə ilə bağlı diqqət çəkən mesajlar verib. ABŞ-ın ölkə iqtisadiyyatına yönələn sanksiyalarının xalq üzərində təzyiq yaratdığını ifadə edən Ruhani, "Biz dialoq əhliyik. Əgər biri müəyyən bir məsələdə bizimlə danışmaq istəyir və xalqımız ilə qanunlarımıza hörmət bəsləyirsə, onunla müzakirə edərik" deyib.
 
 İranın rəsmi agentliyi “İRNA”-nın xəbərinə görə; Ruhani ABŞ sanksiyalarının iqtisadiyyata zərər verdiyini, ancaq buna baxmayaraq təslim olmayacaqlarını bildirərək, "İran xalqı düşmənə təslim olmağa hazır deyil və düşmənə təslim olmağın sonu yoxdur. Əgər ABŞ qarşısında ilk addımda təslim olsaq, sonuna qədər təslim olmağımız lazımdır" deyib.
İran İnqilabının 40-cu ildönümünə də toxunan Ruhani, şənliklərdə geniş miqyaslı iştirakı xalqın ABŞ-ın təsiri altında olmadığının göstəricisi olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 6 yanvarda verdiyi açıqlamada. nüvə müqaviləsindən çəkildikdən sonra İrana tətbiq etdiyi sanksiyaları nəzərdə tutaraq, "Onların (İran) vəziyyəti o qədər də yaxşı deyil. Bizimlə masaya oturmaq istəyirlər" demişdi.
Müxalifət.az