Ruhanidən ABŞ-a “müharibə” cavabı

Baxış sayı:
6511

İranda rəsmi səfərdə olan Yaponiyanın baş naziri Abe Şinzo ilə İran prezidenti həsən Ruhani görüşdən sonra ortaq mətbuat konfransı təşkil edib. Mətbuat konfransında nüvə razılaşmasının davam etməsini istədiklərini və İranın addımlarının bu razılaşma çərçivəsində olacağını dilə gətirən Ruhani, "İran ABŞ da daxil, heç bir tərələ, heç bir şəkildə müharibə başladan tərəf olmayacaq, ancaq əgər müharibə olsa, buna qətiyyətli bir cavab verəcək. Bunu Abe-yə də söylədim" deyib. Bölgədəki gərginliklərin ABŞ-ın siyasətlərindən qaynaqlandığını ifadə edən Ruhani, "Əgər bəzi gərginliklər yaşanırsa, bunun kökləri ABŞ-ın İrana qarşı başlatdığı iqtisadi müharibəyə söykənir. ABŞ-ın İrana yönəlik iqtisadi müharibə dayandığı zaman bölgədə müsbət hadisələrə şahid olacağıq" deyib. Müxalifət.az