​Ruhani və Paşinyan razılaşdı: nüvə proqramı...

Baxış sayı:
967

Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, eyni zamanda beynəlxalq siyasi məsələləri müzakirə ediblər.
Məlumata görə, rəsmilər İranın nüvə proqramı ətrafında da fikir mübadiləsi aparıblar.
Ruhani və Paşinyan gələcək görüş proqramları barədə də razılığa gəliblər.