Ruhani Ukraynadan üzr istədi

Baxış sayı:
1954

İran prezidenti Həsən Ruhani, Ukrayna prezidenti Vladimir Zelenskidən Ukrayna Hava yollarına aid sərnişin təyyarəsini səhvən raketlə vurduqları üçün üzr istədi.
Ukrayna prezidenti mətbuat xidmətindən bildirlən yazılı açıqlamada, Zelenskinin Ruhani ilə telefon söhbətinin baş tutduğu məlumat verildi.
Telefon söhbətində İranın Ukrayna Hava yollarına aid Boeing 737 sərnişin təyyarəsinin səhvən vurulması mövzusunun müzakirə edildiyi bildirlən açıqlamada,"Ruhani, Ukrayna xalqına və həlak olanların ailələrinə başsağlığı dilədi. Ruhani, 176 nəfərin həyatını itirdiyi faciə ilə bağlı İran adından üzr istədi və faciənin, ölkəsinin səhv hərəkətləri səbəbindən meydana gəldiyini tamamilə qəbul etdi” ifadələrini işlətdi.
İran rəsmilərinin, təyyarənin qəzaya uğramasında günahkar olanların məsuliyyətə cəlb olunacağı bildirilən açıqlamada, "Zelenski, qəzada həyatını itirən Ukrayna vətəndaşlarına aid cəsədlərin çox qısa müddətdə ölkəsinə göndərilməsinin lazım olduğunu vurğuladı".
Açıqlamada, Ukrayna XİN-in İrana hadisə ilə bağlı təzminat şərtlərini əks etdirən nota verəcəyi qeyd edildi.
Muxalifet.az