​Ruhani Soçiyə getdi

İran Prezidenti Həsən Ruhani Soçiyə gedib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı İRNA agentliyi yayıb. Ruhani Soçidə İran, Rusiya və Türkiyə dövlət başçılarının görüşündə iştirak edəcək. Görüşdə əsas müzakirə mövzusu Suriya böhranı olacaq.
Qeyd edək ki, bundan öncə hər üç ölkənin XİN rəhbərləri və baş qərargah rəislərinin görüşü keçirilib.