​Ruhani Əsədə söz verdi: İran həmişə...

İran Prezidenti Həsən Ruhani ilə suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Həsən Ruhaninin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ruhani terrorizmlə mübarizədə İranın Suriya hakimiyyətinə dəstək verməkdə davam edəcəyini bildirib:
“İran İslam Respublikası terrorçuluğa qarşı mübarizədə Suriya xalqı və hakimiyyəti ilə birlikdə olmağa davam edəcək. Tehran böhranın həllində aktiv iştirak etməyə daim hazırdır”.
İran lideri həmçinin Türkiyə, İran və Rusiya liderlərinin iştirakı ilə Soçidə baş tutan Suriya zirvə sammitini də məhsuldar adlandırıb.