​Ruhani Putinə məktub yazıb

Baxış sayı:
12706

İranın XİN başçısı Məhəmməd Cavad Zərif şəxsən prezident Həsən Ruhaninin İranın nüvə proqramı ilə bağlı birgə hərəkət planının həyata keçirilməsi barədə məktubunu Moskvaya aparıb. Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Məhəmməd Cavad Zərif məlumat verib. O, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan əvvəl çıxış edərkən bildirib ki, Rusiyanı yaxın bir ölkə olaraq qəbul edirlər. "Biz tərəfdaşlarımız arasında Rusiyaya xüsusi yer ayırırıq, ona görə də mən Moskvaya İran prezidentinin məktubunu şəxsən gətirmişəm", - deyə İran XİN başçısı söyləyib.