Ruhani İngiltərəni də TƏHDİD ETDİ: Cəbəllütariq boğazı İranın üzünə bağlansa...

Baxış sayı:
193

“İran müzakirəyə hazırdır, bir şərtlə ki, ABŞ bütün sanksiyaları aradan qaldırmalıdır”.
Muxalifet.az publika.az-a isinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir araya gələn prezident bildirib ki, ön şərtsiz müzakirə istəyirlərsə, dini lider Ayətullah Əli Xamenei və Xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiyalar ləğv olunmalıdır: “Müzakirəni qəbul etsək, bununla bağlı yekun qərarı kim verəcək? Siz bizim konstitusiyamızı bilirsiniz. Rəhbərin (Xamenei) icazəsi olmadan müzakirə necə ola bilər? Müzakirənin məsuliyyətlisi Xarici işlər naziridir. Ona da sanksiya tətbiq edilib”.
ABŞ ilə bölgədəki gərginlik məsələsinə toxunan Ruhani bunları deyib:
“İranla sülh bütün sülhlərin anası, İranla müharibə bütün müharibələrin anasıdır. Bölgədəki əsgərləriniz üçün təhlükəsizlikmi istəyirsiniz? Bu durumda təhlükəsizliyə qarşı təhlükəsizlik. Sülhə qarşı sülh, neftə qarşı neft. Siz bizim neftimizin qarşısını alıb başqalarının neft satmasını təmin edə bilməzsiniz”.
Prezident İngiltərə ilə 4 iyuldan bəri yaşanan Cəbəllütariq gərginliyi haqqında da fikir bildirib: “İngiltərəyə aid gəmilər Bəsrə körfəzində dənizçilik qaydalarına riayət etməyib. Bu zamana qədər qaydaların pozulmasına göz yummuşduq. Bu gün sizin qanun pozuntularınıza niyə icazə verək? İnqilab Keşikçiləri helikopterdən tankerə əsgər endirərkən İngiltərənin döyüş gəmisi kənardan izləyirdi. Müdaxilə edə bilmədi”.
Ruhani bildirib ki, Cəbəllütariq boğazı İranın üzünə bağlansa, İngiltərə də Hörmüz boğazında olmayacaq.