RUHANİ: “Heç kəs İran raketlərindən narahat olmasın”

Baxış sayı:
5257

İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxış edərək, ölkənin inkişaf etdirməyə çalışdığı raket proqramından və region ölkələrinin bununla bağlı narahatlığından danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ruhani İranın apardığı raket proqramının müdafiə xarakteri daşıdığını və hər hansı bir ölkəyə qarşı təhdid olmadığını deyib:
“Heç kəs İran raketlərindən və bizim müdafiə qabiliyyətimizi gücləndirməyimizdən nigaran qalmamalıdır. Çünki biz öz gücümüzdən həmişə faydalanaraq başqalarını da gücləndirməyə çalışmışıq.
Tarix göstərir ki, İran milləti heç vaxt başqa bir millətə zülm etməyib, başqasının torpağını almayıb. Hamı bilməlidir ki, biz hərbi gücümüzü ona görə artırmırıq ki, hansısa bir ölkəyə hücum edək. Bizim müdafiə gücümüz yalnız qabaqlayıcı xarakter daşıyır və ölkənin müdafiəsi üçün vacibdir”.