Ruhani Güney Azərbaycanın adını təhrif etdi

Baxış sayı:
577

İran Prezidenti Həsən Ruhaninin Güney Azərbaycanın Təbriz şəhərindəki çıxışı bölgədə etirazla qarşılanıb.
O, çıxışında Güney Azərbaycanın adını təhrif edib.
Çıxışda Ruhani bir neçə əyalətin adını çəkib, lakin Güney Azərbaycanın adını təhrif edərək onu “Urmiya əyaləti” adlandırıb.
Həsən Ruhani səfəri zamanı uzun illər öncə təməli qoyulmuş dəmir yolu layihəsinin bir hissəsinin açılış mərasimində iştirak edib. O, hələ də istifadəyə hazır olmayan layihənin açılışını Güney Azərbaycan səfərinin əsas səbəblərindən biri olduğunu bildirib.
İran prezidenti keçən il Xoy şəhərinə səfərdə də Güney Azərbaycanı “Urmiya əyaləti” adlandırmışdı. //teleqraf.com