​Ruhani Bakıya gəlir

Baxış sayı:
4288

Yaxın günlərdə İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gələcək.
Muxalifət.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında deyib.
Səfir konkret tarix açıqlamasa da, Trend-in əldə etdiyi məlumata görə, səfərin Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin 20 dekabrda Bakıda keçiriləcək görüşündən bir neçə gün sonra reallaşacağı gözlənilir. Onun Neftçala iqtisadi zonasında inşa edilən Azərbaycan-İran birgə maşın zavodunu ziyarət edəcəyi nəzərdə tutulub.
Avtomobil zavodu İranın "İran Khodro" və Azərbaycanın "Azeurocar" şirkətləri arasında bağlanan müqavilə əsasında tikilir. Zavodun açılışının gələn ilin əvvəlində olacağı bildirilir.