Ruhani “altılıq” ölkələrinin liderlərinə məktub ünvanlayıb

İran prezidenti Həsən Ruhani Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən altı dövlətin liderlərinə məktub ünvanlayıb.

Bu barədə APA “RİA Novosti”yə istinadən məlumat verir.

“İran İslam Respublikasının prezidenti  “altılıq” ölkələrinin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) liderlərinə nüvə məsələsi və bununla bağlı aparılan danışıqlardakı son vəziyyətlə əlaqədar məktub ünvanlayıb”, deyə prezidentin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. 

Qeyd edək ki, martın 28-də İsveçrənin Lozanna şəhərində  İran və “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü nəzərdə tutulub. Görüşdə tərəflər əvvəl elan olunmuş tarixədək, yəni martın 31-dək, fikir ayrılığını  aradan qaldırılmağa və konsensusa nail olmağa çalışacaqlar.