Ruh məktəb dəhlizində qarışıqlıq yaratdı – Direktor heyrət içində... - VİDEO

Baxış sayı: 44

İrlandiyada köhnə məktəbdə ruhun dəhlizdə qarışıqlıq yaratması kameralara tuş gəlib.
Bu haqda Global News TV məlumat yayıb.
Bir neçə gün əvvəl məktəbin dəhlizində çırpılan qapıların uca səsləri, mebelin “özbaşına” hərəkət etməsi hamını heyrətləndirib. Hadisənin gunahkarı kimi ruh göstərilir, çünki daha əvvəllər də burada paranormal hadisələrin şahidi olublar. Amma son hadisənin məhz kameralara tuş gəlməsi diqqəti cəlb edib və nüfuzlu medianın gündəminə gəlib.
Videodan göründüyü kimi, gecə gurultu ilə qapılar açılır və bağlanır, şkaflar tərpədilir, şagirdlərin şəxsi əşyaları səpələnir və hətta döşəmədəki lövhəcik dağıdılır.
“Bizə bildirdilər ki, məktəbdə hərəkət tənzimçiləri işə düşüb, oğruların girməsindən şübhələnərək biz, aydınlaşdırmaq üçün dərhal məktəbə gəldik və hər şeyin dağınıq olduğunu gördük. Kameralara baxış keçirərkən isə gözlərimizə inanmadıq...”, - orta məktəbin direktoru Kevin Barri mətbuata bildirib.
Direktor həmçinin qeyd edib ki, məktəbin binası çox köhnədir və burada insanlar tez-tez qəribə səslər eşidirlər.