​Rüfət Aslanlının on milyonları mənimsəməsi haqda İLGİNC DETALLAR - “Dövlətin puluna xaricdə lüks həyat yaşayan məmur...”

FHN şefi “VURULUR”: Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirildi

Baxış sayı:
7117

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 22-28 oktayb 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının eks sədri Rüfət Aslanlı olub. Onun barəsində “Rüfət Aslanlının avtomobil kolleksiyası (FOTOLAR)”, “Rüfət Aslanlı getdi, sığorta bazarına düzən gəlir?”, “Rüfət Aslanlı həbs ediləcəkmi?”, “Azərbaycanlı eks məmurun bahalı maşınlarının olduğu şəxsi avtoparkı – FOTOLAR”, “RUFİKİN “BANK STADARD” ƏMƏLİYYATI: ON MİLYONLARLA MANAT NECƏ MƏNİMSƏNİLİB… – SENSASİON SƏNƏDLƏR”, “ASLANLI QISA MÜDDƏTDƏ BANK SAHİBİ OLAN YÜKSƏK ÇİNLİ MƏMURLA DÜŞMƏN OLDU… – İDDİA”, “Rüfət Aslanlı ilə bağlı sensasion faktlar - Milyonlar hara xərclənib?/ SƏNƏDLƏR”, “Rüfət Aslanlı həbs oluna bilər – ilginc korrupsiya faktları”, ““Yumşaq desək, Direktorlar Şurası ilə İdarə Heyəti yola getmirdi””, “Dövlətin puluna xaricdə lüks həyat yaşayan məmurlar”, ““Bütün xainlərin sonu Cahangir Hacıyevin yanı olacaq” – Müsahibə” başlıqlı 10 məqalə ümumilikdə 13 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov  “FHN şefinin otelləri əl dəyişdirdi? - Artıq adları dəyişdirilib”, “Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirildi- FOTO”, “"Qafqaz" otelləri də Kəmaləddin Heydərovun əlindən alındı”, “Kəmaləddin Heydərovun görüşü təxirə salındı”, “Kəmaləddin Heydərovun müflisləşdirilməsinə sevinənlərin söykəndiyi arqumentlər…”, “FHN-də korrupsiya faktı: Kəmaləddin Heydərovun gözündən uzaq “qum vurub qazan doldurma” əməliyyatları”, “Kəmaləddin Heydərovun gözündən uzaq “qum vurub qazan doldurma” əməliyyatları…” başlıqlı 7 məqalənin 11 elektron KİV-də yayılması ilə tutur.

Elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Sahil Babayev şəhid ailələrin dövlətin üzərinə qaldırır - GİLEY”, “Sahil Babayev kimə xidmət edir?”, “Mingəçevir Məşğulluq Mərkəzindən "Rüşvət" qoxusu gəlir - Köçkün Sahil Babayevə müraciət etdi”, “SAHİL BABAYEVİN MİNGƏÇEVİRDƏKİ ADAMINDAN GİLEY – MÜRACİƏT”, “Təzə nazir kimə xidmət edir: Sahil Babayevin şəhid ailələrinə qarşı qaba hərəkətlərə son qoyulacaqmı?”, “Gənc nazir kimlərdən asılı vəziyyətə düşüb - Sahil Babayevin qeyri-peşəkar imici” başlıqlı 6 məqalənin 8 elektron KİV-də yayılması ilə Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev tutur.

Muxalifet.az