Rüfət Aslanlı və Elman Rüstəmov üçün “yolun sonu” görünür? – MƏTBUATIN HƏDƏFİNDƏ OLAN BAŞLICA İSİMLƏR

Ötən həftə Samir Şərifov da elektron KİV-də özündən ən çox bəhs etdirən ikinci məmur oldu

Baxış sayı:
8941

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 02-08 aprel 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı olmuşdur. “Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları – etimad limitləri bitib”, “RÜFƏT ASLANLININ QİYMƏTSİZ QİYMƏTLİ KAĞIZLAR BAZARI” və “Camaat kredit içində boğulur, amma özünə 50 min maaş yazır” Prezidentliyə namizəddən şok ittihamlar” başlıqlı 3 yazı ümumilikdə 15 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri ölkənin Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov “Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları – etimad limitləri bitib” başlıqlı  məqalənin 12  elektron KİV-də yayılması ilə tutur. 

Elektron KİV-də ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri isə “Elman Rüstəmov və Rüfət Aslanlı yolun sonuna gəldilər” və ““Elman Rüstəmov həbs oluna bilər” - Baş bankirlə bağlı şok iddialar” başlıqlı 2 yazının 11 elektron KİV-də yayılması ilə Azərbaycan Mərkəzi Bankını sədri Elman Rüstəmov tutur. 

Muxalifet.az