Tillerson və Lavrov səmimiyyətə ehtiyac olduğunu bildirir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onun hökumətinin ABŞ-ın yeni administrasiyasının iddialı və ziddiyyətli ideyalarına dair bir çox sualı var.
Lavrov bunları Moskvada ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı deyib.
Nazir ötən həftə ABŞ-ın Suriyadakı bazasına qarşı hücumu nəzərə alaraq deyib ki, biz kollektiv əməliyyatlara inanırıq, bağlı qapılar arxasında iki müttəfiqin əməkdaşlığınını effektivliyinə deyil.
Tillerson açılış çıxışını olduqca qısa saxlayıb. Lakin Lavrov kimi o da qarşılıqlı maraqlar və fikir ayrılıqları barədə səmimi müzakirələrə ehtiyac olduğunu deyib.
Tillerson Moskvaya İtaliyada Böyük Yeddiliyin xarici işlər nazirlərinin zirvə görüşündə iştirak etdikdən sonra səfər edib. Xarici işlər nazirləri sammitdə Rusiya və Suriyanın ordu rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı razılıq əldə edə bilməyib.