Qurban Qurbanovun ukraynalı jurnalisti pərt etdiyi an

Baxış sayı: 62

“Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm”.

Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Dnepr” matçından sonra baş tutan mətbuat konfransında maraqlı anlar yaşandığı barədə xəbər verilmişdi.

Oxu.Az xəbər verir ki, Sportpress.az-ın məlumatına görə, ukraynalı jurnalist “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Rusiyada legioner həyatı yaşadığını yada salaraq, ondan mətbuat konfransında rus dilində danışmamasının səbəbini soruşub.

Qurban Qurbanovun cavabı belə olub: “Mətbuat konfransında azərbaycanca danışırıq və tərcüməçimiz də ruscaya çevirir. Mənim rusca danışmağımı istəyirsinizsə, bu tədbirdən sonra sizə vaxt ayıra bilərəm”. ”

Qurbanovun bu sözləri zalda alqışlarla qarşılanıb.