​SON DƏQİQƏ: Zərrab məhkəməsində şok iddia – “BU QRUPUN RƏHBƏRİ ƏRDOĞAN OLUB”

Baxış sayı:
2577

Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində milyarder Rza Zərrab və "Xalqbank" rəhbəri Hakan Atilla ilə bağlı məhkəmə prosesi davam edib.
"ABŞ Hakan Atillaya qarşı" məhkəmə prosesinin 10-cü günündə Cohen adlı şahid ifadə verib.
Digər şahid ABŞ Maliyyə Nazirliyinə bağlı Maliyyə Cinayətləri Agentliyində çalışan Coşua Kirçenbaumun da iş üzrə ifadəsi dinlənilib.
Adı açıqlanmayan digər şahid türkcə ifadə verib. O, Hakkari və İstanbulda Zərrabın şirkətində çalışdığını deyib. Əlavə edib ki, şirkətin çətiri altında üç qrup olub. Üçüncü qrupa sabiq İqtisadiyyat naziri Zəfər Çağlayan və Süleyman Aslan, ikinci qrupa sabiq Daxili İşlər naziri Müəmmar Gülər, birinci qrupa isə prezident Rəcəb Tayyib Ərdoğan rəhbərlik edib