​“Ukrayna hakimiyyəti “qırmızı xətt“i keçdi” – SAAKAŞVİLİNİN ARVADI POROŞENKONU HƏDƏLƏDİ

Baxış sayı:
4281

“Ukrayna hakimiyyəti “qırmızı xətt“i keçdi”.
Bunu Gürcüstanın eks-prezidentinin, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.
O, Ukrayna prezidenti Petro Poroşenkonu seçkiöncəsi verdiyi vədləri yerinə yetirmədiyi üçün qınayıb. Bu sözləri o Saakaşvili tərəfdarlarının impiçment qanunu uğrunda təşkil etdiyi mitinqində səsləndirib.
“Biz istəyirik ki, insanlar dörd il bundan əvvəlkindən yaxşı yaşasınlar. Poroşenko çox vəd verdi. Ola bilsin ki, istədi, amma bacarmadı.” - Sandra Rulofs belə deyib.
Saakaşvili tərəfdarlarının impiçment qanunu uğrunda marşının başlanması barədə iz.ru saytı xəbər verib. Nümayişçilər Taras Şevçenko adına parkdan keçərək mitinqin nəzrdə tutulduğu Müstəqillik Meydanı istiqamətində hərəkət ediblər.
Xatırladaq ki, Saakaşvili 9 dekabrda cinayətkar təşkilatlara yardım etməkdə və onların fəaliyyətini gizli saxlamaqda ittiham olunaraq saxlanılıb.
Əvvəl siyasətçi Ali Radanın yanında  “Ukrayna seçi”nin yaranması və sülh və sakitliklə ölkə prezidenti Petro Poroşenkonun üzərinə getməyi elan etmişdi.