Nazirlikdən doktorantura və dissertanturaya qəbul

Baxış sayı: 54

Sənədlər 15.11.2014-cü ilədək qəbul edilir.

 

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 253s№-li Sərəncamına uyğun olaraq, 2014-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəbul aşağıdakı ixtisaslar üzrə elan olunur:

Doktorantura

5311.01 – Müəssisələrin təşkili və idarə olunması            -  1 yer (əyani)

5312.01 – Sahə iqtisadiyyatı                                          -  1 yer (əyani)

5313.01 – Demoqrafiya                                                 -  1 yer (əyani)

5302.01– Ekonometriya                                                 -  1 yer ( əyani)

Dissertantura

5311.01 – Müəssisələrin təşkili və idarə olunması             -  1 yer (əyani)

5312.01 – Sahə iqtisadiyyatı                                           -  1 yer (əyani)

5313.01 – Demoqrafiya                                                  -  1 yer (əyani)

5302.01– Ekonometriya                                                  -  1 yer ( əyani)

Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.