Məşhur müğənni: İstəyirəm 9 qızım olsun

Baxış sayı: 43

“Uşaqlarla bir yerdə çox xoşbəxt oluram”.

“Şahzadə” (“Prenses”) adlı mahnısına klip çəkdirən türkiyəli müğənniHadisə evlilik mövzusunda səmimi açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, bacısının rejissorluq etdiyi klipdə 9 uşaq rol alıb. Hadisə “Uşaqlarla bir yerdə çox xoşbəxt oluram. Biz ailədə dörd uşağıq. Mən 9 qızımın olmasını istəyirəm” deyib.

Kişilərə daş atan müğənni “Qızlar ata evində şahzadə kimi yaşadığı üçün ailə qurandan sonra da onlara şahzadə kimi baxılmasını istəyirlər”,- deyə sözlərinə əlavə edib.

Adı Seda Sayanın oğlu Oğulcan ilə hallanan ifaçı müsahibəsində “O axşam Oğulcanla yalnız rəqs edib, əyləndik. Hamısı budur. Ürəyim boşdur” söyləyib.