Modelyerə 1,8 milyonluq avtomobil hədiyyəsi

Aralarında soyuq küləklər əsən cütlük bu dəfə bahalı avtomobillə gündəmə gələcək.

“Fənərbağça” futbol komandasının futbolçusu Caner Erkin həyat yoldaşı Asenaya yaşıl rəngli “Lamborghini Huracan” markalı avtomobil hədiyyə edib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında soyuq küləklər əsən cütlük görünür, bu dəfə bahalı avtomobillə gündəmə gələcək.

Yeni avtomobili ilə görüntülənən modelyer Asena Erkin “Avtomobillə ilk günüm, ərimin hədiyyəsi”,- deyə müxbirlərə şərh verib.

Qeyd edək ki, avtomobilin qiyməti təxminən 1,8 milyon (520 min Euro) TL-dir.