Malena Mard Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh etdi

“Gözləntimiz “status-kvo”nun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasından ibarətdir”.

Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu ay Parisdə nəzərdə tutulan görüşü müsbət addımdır.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.

Onun sözlərinə görə, bu kimi yüksək səviyyəli görüşlərin keçirilməsi çox vacibdir: “Bizim gözləntimiz Dağlıq Qarabağ məsələsində “status-kvo” vəziyyətinin dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasından ibarətdir”.