Mahmud Qurbanov: Hazırda kimin nəyə qadir olduğunu görmək istəyirdik

“Bütün futbolçulara oynamaq şansı verdik”.

Futbol üzrə Azərbaycan yığmasının müvəqqəti baş məşqçisi Mahmud Qurbanov U-21 millimizlə görüşdən danışıb.

Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, o, əsas komandamızın 4:2 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:

“Hazırlıq yaxşı gedir. Bütün futbolçulara oynamaq şansı verdik. Kimin hazırda nəyə qadir olduğu görmək istəyirdik”.