“Deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır”

Baxış sayı: 89

Oqtay Əsədov: “Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”
 “Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq”.
Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır: “Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.
Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: “Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.
Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: “Layihədə “kobud pozuntu” ifadəsinə rast gəlinir. Bu nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir”.