Bəzi deputatlar mandatdan məhrum olacaqlar - GÜRCÜSTANDA

Baxış sayı: 33

Gürcüstanda təyin olunan yeni nazirlər parlamentin yaxın günlərdə keçiriləcək plenar iclasların birində deputat mandatından məhrum olacaqlar.
Bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili jurnalistlərə açıqlamasında bildirib: "Gürcüstan parlamenti hökumətdən Nazirlər Kabinetinin yeni üzvlərinin təyinatı barədə sənədləri gözləyir. Bu gün Gürcüstanın müdafiə naziri təyin olunan Tina Xidaşeli, ətraf mühitin mühafizəsi naziri Qiqla Aqulaşvili hələ də parlamentin komitə sədri olaraq qalırlar", parlament sədri vurğulayıb.
Onun sözlərinə görə, parlamentin prosedur məsələləri üzrə komitəsi adı çəkilən deputatların nazir vəzifələrinə təyin olunması ilə bağlı verilən əmri alan kimi plenar iclasların birində deputatların mandatdan məhrum edilməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, mayın 1-də baş nazir vəzifəsini icra edən İrakli Qaribaşvili Nazirlər Kabinetinin üzvü olacaq üç yeni nazirin əmrini imzalayıb.