Bakıda dələduz direktor müavinini məhkəmə zalında həbs etdilər

O, dələduzluqda ittiham edilir.

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Süleymanov məhkəmə zalında həbs olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

O, şərti cəza ilə cəzalandırılıb.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta