Bakı metrosunda liftlər quraşdırılır

Hava təmizləyici sistemi olan yeni vaqonların gətirilməsi gözlənilir.

Metronun Avtovağzal stansiyası gələn ildən istifadəyə veriləcək.

 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sözügedən stansiyanın gələn il Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya oyunlarına qədər hazır olması planlaşdırılır. “Avtovağzal” stansiyası ən çox giriş-çıxışı olan stansiyalardan sayılacaq.

Burda hətta əlillər üçün liftlər də quraşdırılıb.

Artıq tuneldə bərpa işləri görülüb. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, stansiyanın tam yeni avadanlıqlarla təmin olunması üçün Fransanın bir şirkəti ilə müqavilə də imzalanıb. Yalnız tuneldə nişanlanma işləri qalıb ki, bundan sonra da metro stansiyası sərnişinlərin üzünə açılacaq. “Memar Əcəmi” stansiyasındakı keçiddən istifadə edərək “Memar Əcəmi 2” stansiyasından avtovağzala gediş-gəliş mümkün olacaq.

Bundan başqa qurum rəsmisi onu da bildirdi ki, əvvəlkilərdən fərqli olaraq avtovağzal stansiyasında qatara 7 vaqon qoşulacaq. Yeni stansiyanın tikilişi ilə əlaqədar yeni vaqonların gətirilməsi gözlənilir. Bu vaqonları isə əvvəlkilərdən fərqləndirən cəhət genişliyi və rahatlığı, həmçinin hava təmizləyici sisteminin olmasıdır.