Azərbaycan Litva aviaşirkətini satın ala bilər

Baxış sayı: 60

“Danışıqlar gedir, fikir və informasiya mübadiləsi aparılır”.

Vilnüs meriyası tərəfindən yaradılmış və ziyana işləyən Air Lituanica aviaşirkəti ilə Azərbaycandan həmin şirkətin 49 faiz aksiyalarını əldə etmək istəyən strateji investor maraqlanıb.

Amma Litva şirkəti irəli sürülən bir neçə tələbə müvafiq olmalıdır – investor açıq aksioner strukturlu müstəqil şirkəti almaq istəmir.

Oxu.Az eversus.lt portalının məlumatlarına əsasən xəbər verir ki, Air Lituanica şirkəti Azerbaijan Airlines – Azal Avia Cargo şirkəti və Silk Way Group şirkəti Air Lituanica şirkəti  ilə törəmə müəssisə kimi maraqlana bilər.

“Danışıqlar gedir, fikir və informasiya mübadiləsi aparılır (...). Gələn il ərzində biz şirkətin fəaliyyətində daha yaxşı göstəricilərə nail olmağı planlayırıq və o zaman Air Lituanica şirkəti investorlar üçün daha cazibədar olacaq, ona görə də biz çox fəal şəkildə çalışırıq”, - Air Lituanica Club rəhbəri Kyastus Binkauskas portala verdiyi müsahibədə bildirib.

Aviaqovşaqların lisenziyalaşdırılması üzrə komissiya hesab edir ki, Air Lituanica-nın maliyyə vəziyyəti ağırdır.

“Şirkətin hal-hazırda ziyana işlədiyi, onun fəaliyyətində fasilə verilməsinə və ya tamamən dayandırılmasına dəlalət etmir (...). Bizə bildirilib ki, kreditorlar ilə danışıqlar aparılır, borcların bağlanması üçün cədvəllər qurulub, investorlar ilə nizmnamə kapitalının artırılması və digər məsələləri üzrə danışıqlar aparılır”, - Litvanın kommunikasiya və nəqliyyat nazirinin müşaviri Riçards Slapşis eversus.lt-ə deyib.