Rəsul Quliyevin "adamı" Bakıya qayıdır - RZA İBADOV YENİDƏN DEPUTAT OLMAQ İSTƏYİR?

Baxış sayı:
894

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

Muxalifet.az xəbər verir ki, bunu modern.az-a Rza İbadov özü bildirib: “Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

Həmçinin eks-deputat 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: “2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.
2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.