Rəsmi Tiflis Putinə “yox” dedi

Gürcüstan mayın 9-da Moskvada faşizm üzərində qələbənin 70 illiyinə həsr olunacaq təntənəli tədbirə qatılmayacaq.

Bunu Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili deyib. Baxmayaraq ki, Rusiya bununla bağlı rəsmi Tiflisə rəsmi dəvət göndərib. "Xeyr, biz 9 may tədbirlərində iştirak etməyəcəyik", - deyə nazir deyib.

Buna qədər isə Rusiya xarici işlər naziri Sergey Lavrov 20 xarici ölkə başçısının 9 may tədbirlərinə qatılacağı ilə bağlı rəsmi təsdiq məktubunun göndərildiyini bildirib.

Qeyd edək ki, Gürcüstanın 9 may tədbirlərindən rəsmən imtina etməsinə baxmayaraq bu addım gürcülərin faşizm üzərində qələbələrinin rolunu kölgə altına almır. Belə ki, 1945-ci ildə Berlinin Reyxtaqının binası üzərinə Sovet bayrağı sancan əsgərlərdən biri də gürcü Kantariya olub.