Rəsmi televiziyada qalmaqal PKK təbliğatı!

Baxış sayı:
4747

Kanadanın rəsmi yayım orqanı “CBC”, ölkənin rəsmi terror təşkilatları siyahısında olmasına baxmayaraq PKK-lı qadın terrorçuları tərifləyən veriliş yayımlayıb.
 
CBC televiyası Kanadanın Monreal şəhərində yaşayan Kürd əsilli fotoqraf və film rejissoru Zayne Akyol-un PKK mənsubu terrorçu qadınların Qəndil dağındakı həyatlarını “təsvir” edən, noyabrın 22-də açılan və 20 fotoşəkildən ibarət olan "Rojeke (Bir Gün)" adlı sərgisinin xəbərini verib.
“Kürdistanın qadın döyüşçüləri Monreallılar üçün yaradıcı çağırışlar edir" başlığı ilə yayımlanan xəbərdə, Akyol-un sərgi üçün "səmimi" kadrlar çəkmək üçün günlərlə Qəndildəki terror təşkilatı mənsubu qadınlarla qaldığı bildirilərkən, PKK üçün də "Türkiyənin şərqində müstəqil bir Kürd dövləti üçün döyüşən qanunsuz bir üsyançı qrup" deyə yeni təqdimatda regionda İŞİD-a qarşı mübarizə aparan bir qrup kimi göstərilib.
Akyol-un daha əvvəl yazıb, nümayiş etdirdiyi "Gülüstan" adlı filmə də yer verilib xəbərdə. PKK-nın Kanada dövləti tərəfindən terrorçu təşkilat kimi qəbul edildiyi də qeyd olunub.
Müxalifət.az