​Rəsmi Tel-Əviv Bəşər Əsədi ÖLDÜRMƏKLƏ HƏDƏLƏDİ: "Kəşfiyyat yerini müəyyənləşdirəcək və..."

Baxış sayı:
4018

İsrail Suriya prezidenti Bəşər Əsədi rəsmən ölümlə təhdid edib.
Muxalifət.az strateq.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin enerji naziri Yuval Steynitz açıqlama verib.
O, bildirib ki, İsrail indiyə qədər Suriyadakı daxili savaşa müdaxilə etməyib: “Ancaq əgər Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam edərsə, o zaman İsrail kəşfiyyatı onun yerini müəyyənləşdirəcək və üstəlik, rejimi də devirəcək”.
“Reuters” İsrailli nazirin bu təhdidinin Əsədin öldürülməsi anlamına gəldiyini yazıb.