​Rəsmi Tehran şərt qoydu: “Tramp ləğv etsin, sonra müqavilə imzalayaq”

Baxış sayı:
667

İran MAQATE inspektorlarının ölkənin nüvə obyektlərinin yoxlanılmasına izn verilməsi ilə bağlı müqavilə imzalamağa hazırdır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, bu müqavilə qarşılığında ABŞ İrana qarşı sanksiyalarından imtina etməlidir: “Əgər Tramp xidmət qarşılığında xidmət istəyirsə, biz əlavə protokol təsdiqləyə, o isə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər. Sanksiyaları ləğv edin və siz əlavə protokolu 2023-cü ildən əvvəl əldə edəcəksiniz”.