RƏSMİ QƏZETƏ CƏLLAD ELANI VERİLİB

Baxış sayı:
2200

Şri Lankanın rəsmi qəzeti “Daily News”-a aylıq 203 dollar maaşla cəllad qəbullarının başladığına dair iş elanı verilib. Elanda, namizədlərin 18-45 yaşları arasında, kişi, mükəmməl əxlaqi xarakterli və ağıl sağlamlığının yerində olması lazım olduğu qeyd olunub.
Qeyd edək ki, Şri Lanka narkotiklə mübarizə çərçivəsində yenidən ölüm hökmünü bərpa etmək istəyir. Bunun üçün də narko baronları edam edəcək cəlladlar yenidən işə götürülür.
Xatırladaq ki, Şri Lankanın son cəlladı 2014-ci ildə vəzifəsindən ayrılmış və karyerası boyunca heç kəsi edam etməmişdi.
Müxalifət.az