Rəsmi mərasimdə Angela Merkelin halı pisləşdi

Baxış sayı:
163

Almaniyanın baş naziri Angela Merkel rəsmi mərasimlə qarşılandığı Ukraynada halı pisləşib. Görüntülərdə Merkelin çox şiddətli şəkildə titrədiyi və özünə çətin hakim olduğu görülür.
 
Almaniyanın baş naziri Angela Merkel Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gedib.
Zelenski tərəfindən rəsmi mərasimlə qarşılanan Merkelin mərasimdəki görünüşləri hər kəsi qorxudub. Mərasimdə halı pisləşən Merkelin çox şiddətli şəkildə titrədiyi və özünə çətin hakim olduğu görülür.
 
SƏRT HAVA DƏYİŞİKLİYİ MERKELƏ TƏSİR ETDİ
 
Merkelin pisləşməsinin səbəbi olaraq isə sərt hava dəyişməsi göstərilib. Berlindən Kievə gələn Merkelin ciddi bir su itkisi yaşadığı, 3 stəkan su içdikdən sonra təkrar özünə gəldiyi qeyd olunub.
Müxalifət.az