RƏSMİ AÇIQLAMA: ​Gürcüstanda prezident seçkiləri bu tarixdə keçiriləcək

Baxış sayı:
4591

Gürcüstanda bu il prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Gürcüstanda bu il seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək. Bu müddət başa çatandan sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək./apa/