Rəşad Sadiqov – DYP qalmaqalında son durum – “Hər şey qaydasındadır”

 Tanınmış futbolçu Rəşad Sadiqovun avtomobili özünə qaytarılıb.
 
Xəbər verdiyimiz ki, futbolçumuz Rəşad Sadiqovla Dövlət Yol Polisi əməkdaşları arasında narazılıq yaranmışdı. Biraz öncə “AzPolitika.info” ilə əlaqə saxlayan milli futbolçumuz yaranmış narazılığın aradan qaldırıldığını və hər şeyin qaydasında olduğunu bildirib. “DYP əməkdaşları ilə yaranmış problem həll olundu. Təqdim edilən protokol əsasında cəriməmi ödədim və avtomobilimi geri aldım. Artıq yol polisi ilə aramda heç bir problem yoxdur”, deyə R.Sadiqov bildirib.