Rəşad Sadıqov “Beşiktaş”ın düşərgəsində

Azərbaycan milli komandasının sabiq kapitanı, "Qarabağ" U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov Türkiyədə təcrübə keçib. Bu barədə "Qafqazinfo" Sport24.az-a istinadən məlumat yayıb.
Ağdam klubunun 35 yaşlı kapitanı bu məqsədlə "Beşiktaş"ın düşərgəsində olub. Belə ki, təcrübəli müdafiəçi Super Liqanın son qalibinin bazasında bir neçə günlük təcrübədə olub.
Xatırladaq ki, Rəşad səfərini Topaz Prenmyer Liqasında yaranan ikihəftəlik fasilə zamanı gerçəkləşdirib. O, bu gecə İstanbuldan Bakıya qaydacaq.