Rəşad Nəbiyev rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri təyin olundu - YENİ NAZİRİN DOSYESİ

Baxış sayı:
1189

Prezident İlham Əliyev bu gün “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi də tutduğu vəzifədən azad edib.

Prezident digər sərəncamla Rəşad Nəbi oğlu Nəbiyevi rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edib.

Müvafiq sərəncamlar Prezidentin rəsmi saytında dərc olunub.

Xatırladaq ki, Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos”un sədri vəzifəsinə təyin edilmişdi.

“Azərkosmos”a sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.