Rəqsanənin qızından ŞOK SÖZLƏR: “Məni 400 manata...” - VİDEO

Baxış sayı:
6676

ARB TV-nin “Show News” verilişinin növbəti qonağı müğənni Aysun İsmayılova olub.

Aysun uzun müddət söz-söhbətə səbəb olacaq odlu-alovlu açıqlamalar verib:

“Bugünkü günü mənim əslində bir ordum var. Mənim bəziləri kimi İnstaqram izləyicilərimin heç biri saxta deyil. Məsələn, mənə heç kim deyə bilməz ki, yolda gedəndə “şəkil çəkdirək”, - deyənə yox deyim. Kim yaxınlaşır deyirəm gəl, hələ qucaqlaşırıq da...”

Aysun eyni zamanda Azərbaycanda çəkilən yerli filimləri ələ salıb:

“Azərbaycanda çəkilən yerli filmlərə baxanda adamın ağlamalı yerində gülməyi, gülməli yerində isə ağlamağı gəlir. Azərbaycanda türklərin çəkdiyi bir filmə çəkildim. O filmin üstündən 10 il keçib, film hələ də ortada yoxdur. Nə də heç kimin pulunu verməyiblər, hamıya atdılar. Apardılar İsmayıllıda saxladılar. Hər kəsə bir katec tutulmuşdu. Dedim ki, qala bilmərəm camaatla. Mən özüm öz otağımın, yeyib-içməyimin, yanımdakı işçimin və sürücümün pulunu ödədim. Hələ o vaxt bu qədər tanınmırdım. Onunla belə kişinin oğlu mənə kontakta 400 manat yazıb. Neynirəm sənin 400 manatını. Mənim maşınımın benzin pulu 400 edir. Dedim qurbandır, istəmirəm. Biabırçılıq...”.