Rəqsanənin qızı EHTİRASLI rəqsindən DANIŞDI: Mən sponsor... - VİDEO

Baxış sayı:
8431

Rəqsanənin qızı Aysun İsmayılova "Hər şey daxil"də Bakının məşhur məkanlarından birində etdiyi ehtiraslı rəqsinə görə onu tənqid edənlərə cavab verib.
Aysun etdiyi rəqsə görə qınanılacaq bir şey görmədiyini bildirib.
Gənc ifaçı səbəbini belə izah edib:
"Mən sponsor axtarmıram. Mənim sponsora ehtiyacım yoxdur. Bugünkü gün toylara Dj gətirirlər. Hamı klub kimi edir, diskoteka edir. Hamı da belə oynayır. Mən düşünmürəm ki, müğənni yalnız konsertində belə oynaya bilər. Müğənni hansı səhnə olur olsun onu edə bilər. Çünki o müğənnidir". 
Aparıcı Tarix Əliyev (Tolik) Aysunun fikirlərinə "Sənin adın İsmayilova Aysundur. Sən tanınmış simasan" sözləri ilə etiraz edib.