“Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik” - Qurban Qurbanov

Baxış sayı:
16142

“Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyada “Partizani” ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydan sahiblərinin çıxışına diqqət çəkib: “Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı. Çünki, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. “Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq”.
Qurbanov bildirib ki, bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər etmək olar.
Qeyd edək ki, Bakıdakı qarşılaşma iyulun 17-də “Dalğa Arena”da təşkil olunacaq./report