​“Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır” - Deputatdan ÇAĞIRIŞ

Baxış sayı:
15598

“Ölkə başçısının minimum əmək haqqını artırması barədə səeəncamı, eləcə digər sosial yönümlü addımları cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır, müsbət qarşılanır. Bu işləri təbliğ etməliyik”. 
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında çıxış edərkən deyib. Ölkə başçısının ötən gün Sumqayıta səfərini xatırladan deputat söyəyib ki, Prezident İlham Əliyevin iştirakı ilə obyektlərin açılması işsizlik üçün mühüm həmiyyət kəsb edir. Onun sözlərinə görə, görülən işlərlə yanaşı, sanki hansısa əllər bu işlərin genişləndirilməsinə mane olur: 
“Dövlətdən asılı insanların sayının çox olması yaxşı hal deyil. Qeyri-neft sektoru elə inkişaf etməlidir ki, dövlətion yükü azalsın. Bu gün vətəndaşların alıcıq qabliyyəti çox aşağıdır. Bunun qarşısnı almaq üçün tədbirər görülməlidir”.
F.Mustafa deyib ki, Azərbaycanda Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır: “Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır. Bunun aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər. Bu gün tikinti sektorunda vəziyyət də ürəkaçan deyil. Tikinti ilə bağlı ləngilmələr insanların kirayədə qalma vaxtını bir az da uzadır. Ölkə başçısına neqativ hallala bağlı informasiyaları çatdırmaq üçün mexanizm hazırlanmalıdır”./modern.az/